Tərlan Əhmədov yubileyini yetirmələrinin əhatəsində qeyd edib FOTO
Xəbər verdiyimiz kimi, dünən AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədovun 45 yaşı tamam olub. SİA-nın məlumatına görə, 1971-ci il noyabrın 17-də dünyaya göz açan mütəxəssis ad gününü iş başında, yetirmələrinin əhatəsində qeyd edib. T.Əhmədov axşam məşqindən sonra komandanın üzvləri ilə birgə çay süfrəsi arxasında onun üçün hazırlanmış tortu kəsib. Mütəxəssisə komandanın rəhbərliyi və bütün heyəti adından təbriklər çatdırılıb və xoş arzular dilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB