"Zədəli olduğuma görə çiynimdən əməliyyat keçirmişdim. Bu səbəbdən uzun müddət idi ki, güləşmirdim. Moskvada təşkil olunan Qitələrarası Alrosa Kuboku beynəlxalq turniri mənim üçün zədədən sonra ilk ciddi yarış idi. Biraz çətinliyim oldu. Mən məğlub olsam da, komandamız turniri ikinci sırada başa vurdu". Bunu SİA-ya açıqlamasında qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Leyla Qurbanova deyib.
O qeyd edib, Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşır: "Hazırlığımız yüksək səviyyədə gedir. Bakıda Qazaxıstan millisi ilə birlikdə təlim-məşq toplanışı keçirik. Hazırda zədədən sonra bərpa olunuram. Ancaq yenə də ehtiyyatlı olmaq lazımdır. 18 yaşım var, həm gənclər yığmasında, həm də əsas milli komandada çıxış edirəm. "Qızıl Qran Pri" turnirinin final mərhələsində Azərbaycan millisinin üzvü Anjela Doroqanla eyni çəkidə (53 kq) güləşəcəyəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyəm".
Güləşçi bütün rəqibləri ciddi qəbul etdiyini bildirib: "Mənim üçün zəif rəqib yoxdur. Bütün rəqiblərə ciddi yanaşıram. Ancaq qeyd edim ki, rəqiblərim arasında Rusiya və Yaponiya güləşçiləri daha güclüdürlər. Hazırlığım yaxşı olsa, yüksək nəticələr göstərsəm, IV İslam Həmrəyliyi Oyunlarında da yarışa bilərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB