“Barselona”da yeni baş sponsor

“Barselona”da yeni baş sponsor

"Barselona" yeni baş sponsoru ilə müqavilə imzalayıb. Bu haqda klubun saytı məlumat yayıb. Bildirilib ki, Yaponiyanın "Rakuten" şirkəti ilə dörd illik müqavilə imzalanıb. Müqavilə 2017/18 mövsümünün əvvəlindən qüvvəyə minəcək. Rəsmi razılığa əsasən, Kataloniya klubunun formasının üzərində sözügedən şirkətin adı yazılacaq. Müqavilənin maddi dəyəri haqda rəsmi məlumat verilməyib. "El Mundo Deportivo" qəzeti isə yazıb ki, "Barselona" bu əməkdaşlıqdan illik 50-60 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, hazırda "Barselona"nın baş sponsoru "Qatar Airways" şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə