“Barselona” prezidenti: Messi karyerasını “Barselona”da başa vuracaq

“Barselona” prezidenti: Messi karyerasını “Barselona”da başa vuracaq

"Barselona"nın prezidenti Xosep Bartomeu Lionel Messinin klubla yeni müqavilə imzalamaq istəməməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Klubun rəsmi tvitter səhifəsində yerləşdirilən xəbərə görə, o, argentinalı hücumçunun "Barselona"da qalacağına əmin olduğunu deyib: "Biz əminik ki, Messi karyerasını "Barselona"da başa vuracaq. O, komandamızda çıxış etdiyi illər ərzində bizə çox uğurlar qazandırıb".
Qeyd edək ki, Messinin "Barsa" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə