Meynolf Ellers: "Rəqəmsal dəyişikliklər sürətlənir"

Meynolf Ellers: "Rəqəmsal dəyişikliklər sürətlənir"

"Rəqəmsal dəyişikliklər mühüm əhəmiyyətə malikdir. Zaman keçdikcə bu dəyişikliklər sürətlənir". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin 3-cü sesiyasında "Xəbər agentliklərinin innovasiyası" mövzusunda çıxışı zamanı Almaniyanın Dpa agentliyinin baş texniki direktoru Meynolf Ellers deyib.

O media qurumları ilə startap şirkətlərinin əməkdaşlığından danışıb: "Dpa agentliyi bu sahədə mühüm işlər aparır. Biz öz layihəmiz əsasında startap şirkətlərini əməkdaşlığa cəlb etmişik. Əvvəllər məlumatlar mobil telefonda sms vasitəsilə yazılırdısa, 4-5 il sonra "whatsapp" kimi proqramlar yaranıb və bu inkişaf daha geniş əlaqələr yaratmağa imkan verir. İndi biz yeni video proqramla alman şirkətləri ilə əməkdaşlıq edirik. Startap şirkətləri yeni ideyalarla çıxış etməlidirlər. Biz bunun üçün maliyyə vəsaiti ayırırıq və gəlirdən qayıdış əldə edirik. İlk mərhələdə təkliflər və xidmətlər önəmlidir".

O, təmsil etdiyi media qurumunun bu sahədə həyata keçirdiyi layihəni konqres iştirakçılarına təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə