Rəşad Abdullayev: "Futbolçularımızda artım hiss olunur” AÇIQLAMA

Rəşad Abdullayev: "Futbolçularımızda artım hiss olunur” AÇIQLAMA

"Premyer Liqada yaranmış fasilədən istifadə edib yoxlama oyunları keçiririk. Belə oyunlarda komandanın güclü və zəif tərəfləri müəyyənləşir. U-21-lə oyunumuz da pis alınmadı. Düzdür, səhvlərimz oldu, ancaq matçda qalib gəldik". Bunu SİA-ya açıqlamasında AZAL klubunun futbolçusu Rəşad Abdullayev deyib.

O, U-21-lə yoxlama görüşündə baş məşqçi Tərlan Əhmədovun gənc futbolçulara da şans verdiyini qeyd edib: "Gənc futbolçularımızın hamısının böyük potensialı var. Onlar özlərinin üzərlərində mütəmadi şəkildə işləyib, hazırlıqlı olmalıdırlar. "Qəbələ" ilə heç-heçə etdiyimiz oyundan sonra futbolçularımızda artım hiss olunur".

R.Abdullayev Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları "İnter"lə oyun haqqında da danışıb: "Çempionatda növbəti rəqibimiz "İnter"dir. Güclü rəqiblə qarşılaşacağıq. Komandamız ciddi hazırlıq keçir. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. Hər kəs öz üzərində çalışmalıdır ki, yaxşı oyunla sonuncu yerdən çıxaq. Elə səhvlər var ki, onu komanda şəklində düzəlmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə