Ötən həftə "Real"la müqavilə müddətini 2021-ci ilə kimi uzadan Kriştiano Ronaldo tədbir zamanı taxdığı eynəyə görə cəzalana bilər. SİA-nın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Belə ki, Ronaldo imza mərasiminə şəxsi müqaviləsi olan "Nayk" firmasının istehsalı olan eynəklə gəlib.
"Real"ın sponsoru olan "Adidas" isə klubun tədbirlərində başqa idman firmasının məhsullarından istifadəni qadağan edir. Buna görə, "Real"ın portuqaliyalı futbolçuya cəza verəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB