“Milan” Arsen Vengerin yetirməsinə göz dikib

“Milan” Arsen Vengerin yetirməsinə göz dikib

"Milan"ın növbəti transfer hədəfi müəyyənləşib. Bu barədə İtaliyanın nüfuzlu "Corriere dello Sport" nəşri yazıb. Xəbərə görə, "Qırmızı-qaralar" "Arsenal"ın yarımmüdafiəçisi Cek Uilşiri heyətinə qatmaq istəyir. Uilşir hazırda icarə əsasında "Bornmut"da çıxış edir. Qeyd edək ki, yayda "Roma" Uilşiri transfer etmək istəsə də, "Arsenal"la razılaşmaq mümkün olmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə