Qrizmann açıqladı: "Zədəm ciddi deyil"

Qrizmann açıqladı: "Zədəm ciddi deyil"

"Atletiko"nun futbolçusu Antuan Qrizmann tibbi müayinədən keçib. İspaniya mətbuatının yaydığı xəbərə görə, sol ayağından zədə alan fransalı hücumçunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Onun La Liqada "Real"a qarşı oyunda iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar qəbul edilməyib. Zədəsi ilə bağlı A.Qrizmann bildirib: "Zədəm ciddi deyil. Ancaq bərpa olmaq üçün çox məşq etməliyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə