Fərid Mansurov: "Şöbə müdiri təyin olunan kimi, məktəblərin durumu ilə maraqlandım" FOTOLAR

Fərid Mansurov: "Şöbə müdiri təyin olunan kimi, məktəblərin durumu ilə maraqlandım" FOTOLAR

Bu gün Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov media nümayəndələri üçün mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, nazirliyin konfrans zalında təşkil olunan tədbirdə çıxış edən olimpiya çempionu şöbə müdiri vəzifəsinə təyinatı haqqında danışıb: "İdmançı olaraq bu sahə ilə bağlı müəyyən etaplar keçmişəm. Ona görə bu iş mənim üçün çox maraqlıdır. Hazırda nazirlikdə şöbə müdiri vəzifəsinə çalışıram. Bu, çox məsuliyyəti işdir. Azərbaycan idmanının daha da inkişafı üçün əlimdən gələni edəcəyəm. İdman şöbəsinin müdiri təyin olunan kimi, uşaq gənclər idman məktəblərinin durumu ilə maraqlandım. İdmanın inkişafı üçün ilk olaraq uşaq idman məktəblərinin inkişafı önəmlidir. Hazırda idmançı olaraq əvvəlki kimi məşq edə bilmirəm. Çünki indi bütün idman ictimaiyyəti üçün çalışıram. Mən nazirlikdə işə təyin olunandan sonra 2 nəfər öz istəyi ilə işdən azad edilib".

Şöbə müdiri 2016-cı ilin 9 ayı ərzində əldə olunan nəticələr haqqında məlumat verib: "Son 9 ay ərzində Azərbaycan idmançıları 512 medal qazanıblar. Hesabat dövründə ölkəmizdə 106 respublika yarışı və 29 beynəlxalq turnir təşkil olunub. İdmançılarımız 128 beynəlxalq turnirə qatılıblar.

Atletlərimiz Rio-2016 Yay Olimpiya Oyunlarında 18, Paralimpiya Oyunlarında isə 11 medala sahib olublar".

Sonda F.Mansurov jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə