Azərbaycan təmsilçisi İstanbulda birinci oldu

Azərbaycan təmsilçisi İstanbulda birinci oldu

Azərbaycan idmançısı atlet Evans Kiplagat 38-ci İstanbul Marafonunun qalibi olub. SİA-nın məlumatına görə, Kiplagat kişilər arasında 42 km 195 m məsafəni 2 saat 13 dəqiqə 19 saniyədə qət edib. İkinci yeri efiopiyalı atlet Şura Kitata Tola, üçüncü yeri keniyalı atlet Peter Kiptoo Kiplagat tutub.

Marafonda qadınlar arasında qalib isə keniyalı atlet Agnes Jeruto Barsosio olub.

Bütün xəbərlər Facebook səhifəmizdə