Topaz Premyer Liqasının növbəti turunda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda səfərdə "İnter" ilə qarşılaşıb. "İnter Arena" stadionunda keçən oyun 2:1 hesabı ilə sumqayıtlıların qələbəsi ilə başa çatıb. Komandanın qollarını Amil Yunanov və Azər Salahlı vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB