“Qalatasaray” Floryadakı bazasından köçür

“Qalatasaray” Floryadakı bazasından köçür

"Qalatasaray" Floryadakı bazasından köçəcək. Türkiyə mətbuatının yazdığına görə, dövlət 80 hektarlıq bu ərazini klubdan almağa hazırlaşır. Rəsmi işlər yekunlaşdıqdan sonra bazanın tamamilə söküləcəyi bildirilib. Onun yerində nə inşa ediləcəyi barədə isə məlumat yoxdur.

Dövlət bazaya görə İstanbul klubuna 200 milyon dollar təzminat ödəyəcək. Əlavə olaraq "Qalatasaray"a yeni baza tikmək üçün üç ərazi təklif olunub.

Xatırladaq ki, əfsanəvi futbolçu Mətin Oktayı adını daşıyan Florya bazasında "Qalatasaray" 1982-ci ildən məskunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə