İbrahim Əliyev: "Özümü sübut etmək istəyirəm"

İbrahim Əliyev: "Özümü sübut etmək istəyirəm"

"Neftçi" PFK Topaz Premyer Liqasının XII turu çərçivəsində qarşılaşacağı "Sumqayıt" klubu ilə oyunun hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Hazırlıq prosesində zədəlilərlə yanaşı, müxtəlif milli komandalara dəvət olunmuş futbolçular iştirak etməyiblər.

Məşqdən sonra komandanın hücumçusu İbrahim Əliyev Neftçi TV-yə açıqlama verib: "Gündə iki dəfə məşq edirik. Məşqlər yüksək səviyyədə keçir. "Sumqayıt"la oyuna hazırlaşırıq. Mənə şans verilib. Özümü sübut edib, komandada qalmaq, məşqçilərin rəğbətini qazanmaq istəyirəm. Yüksək liqada birinci oyunum idi. Bir az həyəcan var idi, amma meydana çıxandan sonra həyəcan qurtardı. Şükür Allaha, qalib gəldik. İlk oyunumda qələbə mənim üçün daha yaxşı oldu. Məndə özünəinam yarandı. Məşqçilər sağ olsunlar ki, çətin oyunda mənə şans verdilər".

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu noyabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə