"İnter” "Sumqayıt"la yoxlama oyunu keçirəcək

"İnter” "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter" FK yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, komanda "Sumqayıt" klubu ilə qarşılaşacaq. Oyun noyabrın 13-də saat 15.30-da "İnter Arena" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə