Ronaldo: "Yuventus"da keçirdiyi vaxt Moratanın lehinə işləyib"

Ronaldo: "Yuventus"da keçirdiyi vaxt Moratanın lehinə işləyib"

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo komanda yoldaşı Alvaro Moratanın inkişafında "Yuventus"un rolunu xüsusi qeyd edib. SİA-nın məlumatına görə, Ronaldo "qoca senyora"nı Çempionlar Liqasının favoritləri sırasında gördüyünü bildirib: "Yuventus"da keçirdiyi vaxt Alvaro Moratanın lehinə işləyib. O, Turin klubunda fantastik mövsüm keçirmişdi. İtaliyada çox şey öyrənib və futbolçu kimi çox artırmışdı. A Seriyasında əsas heyət uğrunda rəqabət onun inkişafına təsirini göstərmişdi. "Yuventus"u Çempionlar Liqasının favoritləri sırasında görürəm. Onların əla kollektivi, baş məşqçisi və stadionu var. Niyə də olmasın?".

Bütün xəbərlər Facebook səhifəmizdə