“Bavariya”nın futbolçusu 2 ay futboldan uzaq qalacaq

“Bavariya”nın futbolçusu 2 ay futboldan uzaq qalacaq

"Bavariya"nın futbolçusu Kinqsli Koman ciddi zədə alıb. Bu barədə alman klubunun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, fransalı yarımmüdafiəçinin dizində problem aşkarlanıb. Həkimlər onun ən tezi 2 aydan sonra meydana çıxa biləcəyini deyiblər. Qeyd edək ki, müqavilə ilə "Yuventus"a məxsus olan Koman "Bavariya"da icarə əsasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə