Messi: "Baş qaydasında olmayanda ayaqlar da işləmir"

Messi: "Baş qaydasında olmayanda ayaqlar da işləmir"

Argentina millisi DÇ-2018-in seçmə mərhələsində Braziliya səfərindən məğlub dönüb - 0:3. SİA-nın məlumatına görə, matçdan sonra komandanın ulduz futbolçusu Lionel Messi bunları deyib: "Bizim enişimiz davam edir. Amma dünya çempionatına vəsiqənin taleyi hələ də öz əlimizdədir. Biz mübarizəyə davam edəcəyik. Beyin işlətmək lazımdır. Yaxşı futbolçularımız var. Amma baş qaydasında olmayanda ayaqlar da işləmir. Pozitiv düşünüb bu vəziyyəti düzəltməyə çalışmalıyıq. Güclü olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə