Qadınlardan ibarət Azərbaycan yığmasının futbolçusu Aysun Əliyeva karyerasını Türkiyədə davam etdirəcək. SİA-nın məlumatına görə, gənc oyunçu Türkiyənin I liqasında mübarizə aparan "Döşəməaltı" klubu ilə anlaşıb.

"Neftçi"nin sabiq oyunçusu ilə yanaşı, Kolumbiya yığmasından Ledi Andrade Rodriges, Karolina Arias və Velaskes Errera Orianika da "Döşəməaltı"ya transfer olunublar. Aysun noyabrın 13-də yeni komandasının heyətində debüt edə bilər. Həmin gün "Döşəməaltı" "Beşiktaş"ı qəbul edəcək. Bu komandanın stadionunda təmir işləri aparıldığından, görüş Antalyada baş tutacaq.

Qeyd edək ki, 10 komandanın yarışdığı Türkiyə çempionatında "Döşəməaltı" çempionluq uğrunda mübarizə aparır. Komanda bunu bacarsa, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə