2018-ci il Polo üzrə Avropa Çempionatının Azərbaycanda keçirilməsi məsələsi Beynəlxalaq Federasiyanın Baş Assambleyasında müzakirəyə çıxarılacaq. Bu haqda SİA-ya Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib. Baş Assambleyada ARAF nümayəndə heyəti də iştirak edəcək və Azərbaycanın yarışa ev sahibliyi etməsi ilə bağlı müzakirələrə qatılacaq.
Qeyd edək ki, Polo üzrə Beynəlxalaq Federasiyanın Baş Assambleyası bu ilin dekabr ayında Argentinada təşkil olunacaq. İctimaiyyətə növbəti ilin əvvəlində nəticələrlə bağlı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB