"Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

"Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

"Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Görüşün nəticəsi qrupdakı gələcək taleyimizi müəyyənləşdirəcək". Qol.az-ın məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib. 31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Müdafiəyə daha çox fikir verirlər, rəqib əks-hücumda çox təhlükəlidir. Heyətlərində güclü futbolçular var".

Devisin fikrincə, sabahkı görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər. O, ev oyunlarında maksimum xal toplamağa çalışdıqlarını da söyləyib.

Qeyd edək ki, sabah Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə