AZAL Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək

AZAL Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək

Futbol üzrə milli komandaların oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL klubu iki yoxlama oyununda qüvvəsini sınayacaq. Klubdan SİA-ya verilən məlumata görə, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan "Liman"ı sınağa çəkəcək. Bu görüş "AZAL-Arena"da baş tutacaq.

Növbəti oyunda isə rəqib gənclərdən ibarət yığma komanda olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 ilə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə