AZAL yığma komanda ilə qarşılaşacaq

AZAL yığma komanda ilə qarşılaşacaq

Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq. SİA-nın məlumatına görə, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən, komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan "Liman"ı sınağa çəkəcək. Bu görüş "AZAL-Arena"da baş tutacaq.

Növbəti oyunda isə rəqib gənclərdən ibarət yığma komanda olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə