Baş məşqçi 3 illik futboldan uzaqlaşdırılıb

Baş məşqçi 3 illik futboldan uzaqlaşdırılıb

İngiltərə Futbol Federasiyası "From Taun" klubunun baş məşqçisi Nik Bunyardı 3 illik futboldan uzaqlaşdırıb. SİA-nın məlumatına görə, buna səbəb onun mərc oyunlarında iştirak etməsi olub.

33 yaşlı məşqçi 45 dəfə öz komandasının məğlubiyyətinə pul qoyuluşu edib. Ümumilikdə isə 97 oyuna pul yatırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə