Dar şalvarlar xəstəlik yaradır

Son zamanlar dəbdə olan dar və beli aşağı şalvarlar insanların səhhətində ciddi fəsadlar törədir. SİA-nın məlumatına görə, bu haqda fizika müalicə və reabilitasiya mütəxəssisi, həkim Erhan Özfidan məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar təsdiqləyib ki, bu tip şalvarlar insanlarda sinir sıxışmasına səbəb olur ki, bu da bir müddət sonra ayaqlarda (bud bölgəsi) hissin itirilməsinə gətirib çıxarır. O, gözəl və arıq görünmək üçün istifadə edilən belə şalvarların bud bölgəsində "meralgiaparesthetica" adlı xəsətəlik yaratdığını və bunun insanların səhhətinə olduqca mənfi təsir göstərdiyini qeyd edib.

Mütəxəssis bildirib ki, sözügedən xəstəlik oturarkən ayaqlarını bir-birinin üzərinə aşıran və şəkər xəstələri olan insanlarda daha tez-tez görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə