"Real"ın hücumçusu Kərim Benzema zədəsini bərpa edib. Bu barədə "Marca" nəşri yazıb. Nəşrin xəbərinə görə, fransız hücumçu artıq hazırlıqlara start verib. "Real"ın forvardı bu gün toplu çalışma zamanı çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. Hələlik Benzemanın La Liqanın qarşıdakı turunda "Atletiko" ilə görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil.
Qeyd edək ki, Benzama cari mövsüm "Real"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 13 oyunda forma geyib və 5 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB