Mikayıl Nərimanoğlu: “Kəpəz” Avroliqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyub" AÇIQLAMA
"Keçən il Premyer Liqaya vəsiqə qazanan "Kəpəz" ötən mövsüm qarşısına qoyduğu məqsədlərə tam nail oldu. Baxmayaraq ki, komanda I Diviziondan yeni gəlmişdi, Avroliqaya vəsiqə qazandı. "Kəpəz"in futbolçuları müxtəlif yaş qruplarından ibarət milli komandalara dəvət olundu. U-11 komandası Azərbaycan çempionu oldu. Bir neçə yaş kateqoriyasında keçirilən ölkə çempionatlarında "Kəpəz"in futbolçuları bombardir oldular". Bunu SİA-ya açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, "Kəpəz" PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu deyib.
O qeyd edib ki, "Kəpəz"cari çempionatda da Avroliqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyub: "Premyer Liqanın 11-ci turunda "Sumqayıt"la qarşılaşmada "Kəpəz"in əsas heyətindən 5 futbolçu meydana çıxamamışdı. Onlardan 2-si cəzalı, 3-ü isə zədəli olduğuna görə oynamırdı. Əvəzedici komandadan futbolçular dəvət edildi. Gəncə təmsilçisinin qələbə qazanmaq şansı olsa da, oyun heç-heçə nəticələndi".
M.Nərimanoğlu komadanın zədəlilərinin məşqlərə başladığını, cəzalıların isə caza müddətinin başa çatdığını qeyd edib: "Növbəti oyunda yalnız Kərim Diniyev komandaya kömək edə bilməyəcək. O, iki sarı vərəqədən sonra qırmızı vərəqə aldığına görə növbəti oyunu buraxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB