Bu gün IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının (İRİF) 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İRİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, İRİF-in I vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.
İki gün davam edəcək iclasın ilk günü könüllülərlə işin qurulması, nəqliyyat, infrastruktur, yarışda iştirak edəcək idmançıların sayı, idman növləri müzakirə olunacaq.
Bu gün gün saat 16:00-da media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
İclasın ikinci günü idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalmış, mayın 12-də baş tutmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB