Kriştianu Ronaldo "Real"la müqaviləsinin müddətini 2021-ci ilə kimi uzadıb. SİA-nın məlumatına görə, ulduz futbolçu açıqlamasında 2016-cı ili özü üçün uğurlu il adlandırıb: "Real"da qalmaq və karyeramı dünyanın ən böyük klubunda davam etdirməklə bağlı tərəddüdüm olmadı. 2016-cı il mənim üçün möhtəşəm il oldu. "Real"la Çempionlar Liqasının qalibi olmaq, Portuqaliya ilə AVRO-2016-dakı zəfər, klubla müqaviləmi yeniləmək...Burada qalmaq istəyirəm. Amma bu, karyeramda yenilənən sonuncu müqavilə olmayacaq. 41 yaşıma kimi oynamaq istəyirəm".
Xatırladaq ki, Ronaldo 2009-cu ildə 94 milyon avro qarşılığında "Mançester Yunayted"dən "Real"a transfer edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB