Bakının "İnter" klubu Topaz Premyer Liqanın 12-ci turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, komandanın 3 aparıcı futbolçusu cəzalı duruma düşüb. Bunlar kapitan Nizami Hacıyev, müdafiəçi Zurab Xizanişvili və hücumçu Ağabala Ramazanovdur. Hər üç futbolçu son turda "Neftçi" ilə oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB