"Yuventus"da zədəlilərin sayı çoxalır...

"Yuventus"da zədəlilərin sayı çoxalır...

İtaliya millisinin və "Yuventus"un futbolçusu Andrea Bardzalyi tibbi müayinədən keçib. İtalyan klubunun saytı bu barədə xəbər yayıb. Xəbərə görə, İtaliya A seriyasında "Kievo" ilə matçda zədələnən müdafiçinin çiyninin çıxdığı müəyyənləşib. Onun iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, A.Bardzalyi DÇ-2018-in seçmə mərhələsində Lixtenşteynlə oyunu və Almaniya ilə yoldaşlıq görüşünü buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə