Türkiyə - Kosova matçını macar hakimlər idarə edəcək

Türkiyə - Kosova matçını macar hakimlər idarə edəcək

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Türkiyə - Kosova oyununun hakimləri müəyyənləşib. Bu barədə Türkiyə Futbol Federasiyasının rəssmi saytında məlumat dərc olunub. Xəbərə görə, oyunu Macarıstan Futbol Federasiyasından Tamas Boqnar idarə edəcək. Ona Balazs Buzas və Zsolt Varga köməklik edəcək. Dördüncü hakim funksiyasının Ferenk Karako yerinə yetirəcək. Qeyd edək ki, Türkiyə - Kosova oyunu noyabrın 12-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə