Azad Kərimov: "Yaxşı nəticə əldə etməyə çalışacağıq" AÇIQLAMA

Azad Kərimov: "Yaxşı nəticə əldə etməyə çalışacağıq" AÇIQLAMA

"Sumqayıt"la oyun çətin keçdi. Meydançanın vəziyyəti ideal olmasa da, şərait hər iki komanda üçün eyni idi". SİA-nın məlumatına görə, bunu "Kəpəz"in müdafiəçisi Azad Kərimov deyib.

O qeyd edib ki, komandası azlıqda qaldıqdan sonra da mübarizəni davam etdirib: "Təslim olmadıq, vuruşduq. Bizə qələbə lazım idi. Buna da şükür. Bir xal da pis deyil. "Qarabağ"la oyuna ciddi hazırlaşıb, yaxşı nəticə əldə etməyə çalışacağıq. Məşqçilər korpusu mənə əsas heyətdə oynamaq üçün yer verib. Fikrimcə, özümü pis göstərmirəm. Belə çıxış etməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə