Topaz Premyer Liqasının XI turunda AZAL öz meydanında "Qəbələ"lə ilə qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da baş tutan oyunu İnqilab Məmmədov idarə edib. Ona Vaqif Musayev, Rahil Ramazanov və Namiq Hüseynov kömək edib.
AZAL-ın ilk 11-liyində Aqil Məmmədov, Kamil Hüseynov, Emin Cəfərquliyev (k), Brayn Fok, Kamal Mirzəyev, İlqar Ələkbərov, Adan Koronado, Nuqzar Kvirtiya, Rəşad Abdullayev, Qvanzav Maqomedov və Röyal Nəcəfov yer alıb. Ehtiyat oyunçular skamyasında Rəşad Əzizli, Mahsun Qənbərli, Ruslan Əmircanov, Renat Aşurov, Ruslan Nəsirli, David Canelidze və Şirməmməd Məmmədov baş məşqçinin təlimatlarını gözləyib.
"Qəbələ"nin ilk 11-liyində isə Dmitri Bezotosnı (k),Voislav Stankoviç, Elvin Camalov, Ruslan Qurbanov, Asif Məmmədov, Vitali Vernidub, Filip Ozobiç, Rikardinyo, Teo Uiks, Rəşad Eyubov, Urfan Abbasov meydana çıxıb. Ehtiyat oyunçular skamyasında David Pietrzikeviç, Rəşad Sadiqov, Nika Kvekveskiri, Murad Musayev, Cavid Hüseynov, Məhəmməd Mirzəbəyov, Roman Hüseynov yer alıb.
Turnir cədvəlində lider olan "Qəbələ" ilə görüşdə əzmkar mübarizə aparan "təyyarəçilər" bir çox şanslarını qola çevirə bilməsələr də, müdafiədə yaxşı oyun nümayiş etdirərək qapılarını toxunulmaz saxlayıblar. AZAL rəqibi əks hücumlarda yaxlayıb. "Qəbələ"nin səylərinə baxmayaraq "təyyarəçilər" güclü rəqiblə heç-heçə etməyi bacarıblar (0:0).
Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov matçı belə şərh edib: "Bizi ağır oyunun gözlədiyini bildirdik. Heyətdə bir neçə itkimiz var idi. Emin Cəfərquliyev oynamamalı idi. O, iynə hesabına meydana çıxdı. Əzmkarlıq göstərdik. Məqsədimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. Bu da özünü doğrultdu. Qol vurmaq üçün şanslarımız da oldu. Bilirdik ki, rəqib çox güclüdür. Xüsusən də "Qəbələ"nin hücum xəttini qeyd etmək olar. Əzmkarlığa görə komandamdan razıyam. Strategiyamda müdafiə futbolu yoxdur. Bu gün məcburiyyətdən müdafiə futbolu oynadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB