Ermənilər üzərində parlaq QƏLƏBƏ

Ermənilər üzərində parlaq QƏLƏBƏ

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb. Federasiyadan SIA-ya verilən məlumata görə, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepya"nı nakauta salaraq qələbə qazanıb. Qeyd edək ki, "A1 World Combat Cup"un təşkilatçılığı ilə keçirilən yarış dünyada "Səkkizlik" adı ilə də məşhurdur.

Bütün xəbərlər Facebook səhifəmizdə