“Fotomac”: “Qalatasaray” “Spartak”ın futbolçusuna "elçi düşüb"

“Fotomac”: “Qalatasaray” “Spartak”ın futbolçusuna "elçi düşüb"

Moskva "Spartak"ının müdafiəçisi Salvatore Boketti "Qalatasaray"ın maraq dairəsindədir. Türkiyənin nüfuzlu idman portalı olan "Fotomac"ın yaydığı xəbərə görə, İstanbul klubunun rəhbərliyi artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb. Qışda müdafiə xəttini gücləndirmək istəyən "Qalatasaray"ın ilk hədəfi "Mançester Yunayted"in üzvü Markos Roxo idi. Lakin argentinalı futbolçunun qiyməti (19 milyon avro) "Cim-Bom"un fikrindən daşınmasına səbəb olub.

Qeyd edək ki, Bokettinin "Spartak"la müqaviləsi 2017-ci ilin yayında başa çatır. Onun transfer qiyməti 5 milyon avro kimi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə