"Fənərbaxça"nın futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı seçildi
Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, həftənin ən yaxşısı "Fənərbaxça"nın futbolçusu Musa Sou seçilib. Seneqallı hücumçu azarkeşlər arasında keçirilən sorğuda 42 % səs toplayıb. "Zenit"in futbolçusu Juliano 2-ci, "Anderlextin yarımmüdafiəçisi Nikolay Stankiu 3-cü olub.
Qeyd edək ki, Musa Sou "Mançester Yunayted"lə oyunda ilk qolun müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB