"Qarabağ" UEFA reytinqinin ilk yüzlüyündə

"Qarabağ" UEFA reytinqinin ilk yüzlüyündə

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-u səfərdə 1:0 hesabı ilə məğlub edən "Qarabağ" Avropa futbol qurumunun reytinq cədvəlində 13 pillə irəliləyib. SİA-nın məlumatına görə, Qurban Qurbanovun komandası 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" "100-lük"də qərarlaşan ilk Azərbaycan komandasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə