"Sambo üzrə dünya və Avropa çempionu, Avropa Oyunlarının gümüş mükafatçısı İslam Qasımov noyabrın 10-14-də Bolqarıstanda keçiriləcək dünya çemionatında yarışa bilməyəcək. SİA-nın sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yaqub Abdullayevdən aldığı məlumata görə, idmançının hələ ölkəmizdə keçirilən I Avropa Oyunlarından öncə aldığı zədə tam sağalmayıb. O, çiyinindəki zədəsinə baxmayaraq, ilk Avropa Oyunlarında çıxış edib və gümüş medal qazanıb. Ancaq İslam 2015-ci ilin sonunda həmin zədəyə görə əməliyyat olunub. Həkimlər ona 1 il müddətində yarışlarda iştirak etməməyi tapşırıblar.
Dünya çempionatında yarışmaq üçün təkrar müayinə olunan idmançıya tibb işçiləri yenidən icazə verməyiblər. Əks halda onun çiyində bağlar yenidən cırıla bilər və bu, samboçunun kayerasında daha bir durğunluq dönəmi yaradar.
Qeyd edək ki, 30 yaşlı idmançımız Bakıda bərpa məşqlərini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB