Avropa Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub NƏTİCƏLƏR

Avropa Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub NƏTİCƏLƏR

Noyabrın 3-də UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 matç oynanılıb.

SİA-nın məlumatına görə, azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İstanbulda baş tutub. "A" qrupunda Türkiyənin "Fənərbağça" klubu İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə isə Ukraynanın "Zorya" və Hollandiyanın "Feyenoord" klubları "sülh" bağlayıblar – 1:1. Bu nəticələrdən sonra "Feyenoord" və "Fənərbağça" klubları 7 xalla qrupda ilk iki pilləni bölüşür. "Mançester Yunayted" 6 xalla üçüncü, "Zorya" isə 2 xalla sonuncudur.

"Qəbələ"nin çıxış etdiyi "C" qrupunda keçirilən "Anderlext" (Belçika)-"Maynts" (Almaniya) görüşündə meydan sahibləri rəqiblərini darmadağın ediblər - 6:1. Dörd oyundan sonra "Anderlext" və "Sent-Etyen"in aktivində 8 xal var. "Maynts" 5 xalla üçüncü pillədədir. "Qəbələ" isə hələ də xal qazanmayıb.

"Qarabağ"ın mübarizə apardığı "J" qrupunda isə "Fiorentina" (İtaliya) komandası öz meydanında Çexiyanın "Slovan Libereç" komandasını 3:0 hesabı ilə məğlub edərək qrupda liderliyini qoruyub. Səfərdə Yunanıstanın "PAOK" klubunu 1:0 hesabı ilə məğlub edən "Qarabağ" 7 xalla ikinci pillədədir. "PAOK" 4 xalla üçüncü, "Slovan Libereç" isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

"H" qrupunda keçirilən "Braqa" - "Konyaspor matçında meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Belçikada keçirilən "Gent" – "Şaxtyor" (Ukrayna) görüşündə isə əsl qol şousu yaşanıb. "Şaxtaçılar" səfərdə rəqiblərini 5:3 hesabı ilə məğlub ediblər.

Digər qruplarda aşağıdakı nəticələr qeydə alınıb:

"B" qrupu

"Astana" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan) – 1:1

APOEL (Kipr) - "Yanq Boyz" (İsveçrə) - 1:0

"D" qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) - "AZ Alkmaar" (Hollandiya) - 0:0

"Zenit" (Rusiya) - "Dundalk" (İrlandiya) - 2:1

"E" qrupu

"Austriya" (Avstriya) - "Roma" (İtaliya) – 2:4

"Astra" (Rumıniya) - "Viktoriya" (Çexiya) - 1:1

"F" qrupu

"Atletik" (İspaniya) - "Genk" (Belçika) – 5:3

"Sassuolo" (İtaliya) - "Rapid" (Avstriya) – 2:2

"G" qrupu

"Panatinaikos" (Yunanıstan) - "Standart" (Belçika) – 0:3

"Ayaks" (Hollandiya) - "Selta" (İspaniya) – 3:2

"I" qrupu

"Şalke" (Almaniya) - "Krasnodar" (Rusiya) – 2:0

"Nitsa" (Fransa) - "Zalsburq" (Avstriya) – 0:2

"K" qrupu

"Southempton" (İngiltərə) - "İnter" (İtaliya) – 2:1

"Sparta" (Çexiya) - "Hapoel" (Bir Şeva, İsrail) – 2:0

"L" qrupu

"Sürix" (İsveçrə) - "Styaua" (Rumıniya) – 0:0

"Vilyarreal" (İspaniya) - "Osmanlıspor" (Türkiyə) – 1:2

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunları noyabrın 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə