"Səfərdən qələbə ilə qayıtmaq qürurvericidir”

"Səfərdən qələbə ilə qayıtmaq qürurvericidir”

"Bütün xalqımızın gözü bu oyunda idi. Hamını qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün heç-heçə də sərfəli nəticə idi. Ancaq səfərdən qələbə ilə qayıtmaq isə qürurvericidir". Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov PAOK-la oyundan (1:0) sonra deyib.

Təcrübəli futbolçus zədəsi ilə bağlı da danışıb. O, PAOK-la oyunda meydana çıxacağını son anda bildiyini qeyd edib:

"Matçın başlmasına 2 saat qalmış bildim ki, oynayacam. Qurban müəllim məndən vəziyətimi soruşdu. Dedim ki, məni meydana buraxmaq istəsəniz, yox deyə bilmərəm. O anda da Qurban müəllim bir söz demədi. Optimal formada deyildim".

R. Sadıqov qarşıdakı oyunlara daha ciddi hazırlaşacaqlarını da bildirib: "Heç kim arxayınlaşmamalıdır. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Çox ciddi hazırlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə