Fransız məşqçi azərbaycanlı operatorlara niyə qəzəbləndi?

Fransız məşqçi azərbaycanlı operatorlara niyə qəzəbləndi?

Avropa Liqasının qrup mərhələsində dünən "Qəbələ" ilə qarşılaşan "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye qarşılaşmadan sonrakı mətbuat konfransını yarımçıq tərk edib.

APA-nın məlumatına görə, buna səbəb operatorların vaxtından tez kameralarını yığması olub. Belə ki, Qaltye sualı cavablandırarkən, azərbaycanlı operatorlar konfransın bitməsini gözləməyiblər. Bu isə fransız çalışdırıcını xeyli qəzəbləndirib. Etirazını çılğın şəkildə, qışqıraraq bildirən Qaltye "Dayanın, konfrans bitməyib. Bu nə bazardı?" deyərək, zalı tərk edib.

Qeyd edək ki, "Qəbələ" – "Sent-Etyen" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə