"Qarabağ"dan möhtəşəm qələbə

"Qarabağ"dan möhtəşəm qələbə

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. SİA-nın verdiyi məlumata görə, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Ağdam klubu səfərdə PAOK-un qonağı olub.

Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) Qurban Qurbanovun komandası qələbə seriyasını Salonikidə də davam etdirib. Qurban Qurbanovun əvəzetməsi öz bəhrəsini verib. Oyuna yenicə çıxmış Miçel komandamıza qələbə gətirən qolu vurub.

Komandalar meydana aşağıdakı tərkibdə çıxıb:

PAOK: 71. Panagiotis Qlikos , 3. Leo Matos, 4. Marin Leovac, 16. Qyoko Cimirot, 21. Dieqo Bisesvar, 24. Qarri Rodriqes, 27. Yannis Mustakidis, 31. Yorgos Tzavellas, 33. Stefanos Athanasiadis (k), 43. Fernando Varela, 87. Xose Kanyas

Ehtiyat oyunçular: 23. Zelijka Brkiç, 7. Mame Baba Tiam, 8. Haris Harisis, 15. Xose Angel Krespo, 13. Stelios Malazes, 14. Fakunda Pereyra, 28. Yevgen Şaxov, 70. Stelios Kitsiou

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 8. Miçel, 9. Reynalso, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə

Qrupun digər oyununda "Fiorentina" "Slovan"ı məğlub edib - 3:0.

Avropa Liqası, IV tur

J qrupu

00:05. PAOK (Yunanıstan) – "Qarabağ" - 0:1

Qol: Miçel Madera, 69

Baş hakim: Con Biton

Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater

Saloniki. "Tumba" stadionu

00:05."Fiorentina" (İtaliya) – "Slovan" (Çexiya) - 3:0



1.

Fiorentina

4

3

1

0

11:2

10

2.

Qarabağ

4

2

1

1

6:7

7

3.

PAOK

4

1

1

2

2:4

4

4.

Slovan

4

0

1

3

4:10

1

Bütün xəbərlər Facebook səhifəmizdə