Nuri Şahin “Fiorentina”nın transfer hədəfində

Nuri Şahin “Fiorentina”nın transfer hədəfində

UEFA Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Fiorentina" heyətini gücləndirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, "bənövşəyilər" Dortmund "Borussiya"sında heyətə düşməkdə çətinlik çəkən Nuri Şahinin xidmətində maraqlıdı. Almaniya mətbuatı iddia edir ki, bir sıra klublar türkiyəli futbolçunu heyətinə cəlb etmək istəyir. Ancaq ona ən ciddi təklif italiyalılardan gəlib. Oyunçu özü də klubunu dəyişməyə soyuq yanaşmır. Qeyd edək ki, "Qalatasaray" və "Trabzonspor" da 28 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə