Rüstəm Orucov: "Texniki səhvə görə qızıl medal qazana bilmədim" AÇIQLAMA
"Böyük dəbilqə" turnirinin finalında qarşılaşdığım isveçli cüdoçunu 3 dəfə məğlub etmişəm. Özümə çox inanırdım. Bu səbəbdən bədənimi boşaltdım və texniki səhvə görə qızıl medal qazana bilmədim". Bunu SİA-ya açıqlamasında "Böyük dəbilqə" turnirində gümüş medal qazanan tanınmış cüdoçumuz Rüstəm Orucov deyib.
O qeyd edib ki, görüşün əvvəlində rəqibindən üstün olsa da, sona yaxın öz səhvindən geri düşüb: "Rəqibim qarşılaşmanın sonuna 2 dəqiqə qalmış "vazari" fəndi etməyə fürsət tapdı. O, bundan sonra vaxt aparmağa başladı. Hakim ona "şido" versə də, qələbə qazanmağım üçün vaxt çatmadı".
R.Orucov hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış etdiyini vurğulayıb: "Ötən il klublar arasında Avropa 3-cüsü olduq. Bu il dekabrın 17-si yenə klubun tərkibində yarışlara qatılmaq üçün Portuqaliyaya gedəcəyəm. Klubda medal qazanılmasından asılı olmayaraq idmançılara məvacib ödəyirlər. Almaniya klubundan da təklif almışam. Gələn il həmin kluba keçməyi düşünürəm".
İdmançı "Fight Fin" firması ilə müqaviləsi olduğunu bildirib: "Ötən ildən bu firma ilə müqavilə bağlamışam. Nə zaman ürəyim istəyir, onlara yazıram, kimano göndərirlər".
Olimpiadadan sonra istirahət etməyə vaxtı olmadığını deyən R.Orucov IV İslam Həmrəyliyi Oyunlarından dincəlməyi düşündüyünü deyib.
Cüdoçu ciddi zədəsinin olmadığını qeyd edib: "Belimdə iki yırtıq var. Bunu olimpiadan öncə də bilirdim. Bu yırtıqları ciddi qəbul etmirəm. Fizioterapeya keçirəm. Hələ ki, əməliyyata ehtiyac yoxdur. Bu, güləşməyimə mane olmur".
O, olimpiadadan qazandığı mükafatı ailəsinə xərclədiyini bildirib: "Mükafatla atamgilə və özümə ev almışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB