Cüdoçularımızın uğurları ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR - SƏS TV

Cüdoçularımızın uğurları ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR - SƏS TV

Gənclər və İdman Nazirliyində Azərbaycan cüdoçularının Əbu-Dabidə keçirilən "Böyük dəbilqə" beynəlxalq turnirində qazandıqları uğurlarla bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, "Böyük dəbilqə" turnirinin mükafatçıları Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev və digərləri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İ.İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenadakı uğurlu çıxışından və Azərbaycanın irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. O, həmçinin digər idman növləri kimi cüdonun da respublikamızda inkişaf etdiyini diqqətə çatdırıb.

E.Babanlı "Böyük dəbilqə" turnirində 34 ölkədən 155 idmançı iştirak etdiyini bildirib: "Yarışa geniş heyətlə qatılan milli komandamız bir dəst medal qazanıb. Yığmamızın kapitanı Elxan Məmmədov qızıl, Rüstəm Orucov gümüş, Tural Səfquliyev isə bürünc medala sahib olub. Azərbaycan millisi ümumi komanda hesabında 4-cü, kişilərin komanda hesabında isə 1-ci yeri tutub".

O, qarşıda cüdoçularımızı böyük sınaqlar gözlədiyini, idmançılarımızın daha böyük uğurlar qazanacaqlarına inandığını qeyd edib.

Beynəlxalq turnirin mükafatçıları yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini və "Böyük dəbilqə"yə ciddi hazırlaşdıqlarını vurğulayıblar.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə