"Füzuli meydanının ləğv edilərək, parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılıb, yeni prospekt yaradılması tıxacların qaşısını alacaq". Bunu SİA-ya açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O qeyd edib ki, avtonəqliyyat vasitələrinin Nərimanov prospektinə və Səməd Vurğun küçəsinə çatmamış geri dönə bilməsi üçün xüsusi döngələr yaradılacaq: "Həmin döngələrdən istifadə edilərək istənilən istiqamətə hərəkət etmək mümkün olacaq. Sözügedən ərazidə dairəvi hərəkət yaradılacaq. Artıq dairədə avtonəqliyyat vasitələri üz-üzə gəlməyəcək. Bununla da tıxacın aradan qaldırılması üçün mühüm addım atılacaq".
A.Nəcəfli vurğulayıb ki, layihəyə əsasən ilkin olaraq Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yaradılacaq zolaqda yalnız sərnişin avtobusları hərəkət edəcək: "Başqa nəqliyyat vasitələri Azərbaycan prospektinə çatmamış kəsişən küçələrlə normal hərkət edəcəklər. İndiyədək Azərbaycan prospekti ilə gəlib Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının solu ilə yan tərəfə qalxan nəqliyyat vasitələri artıq bunu edə bilməyəcəklər. Onlar döngələr istifadə etməklə istənilən istiqamətə gedə biləcəklər".
O, artıq söküntü işlərinin yekunlaşdığını, genişləndirmə, torpaq işləri, yatağın işlənməsinə başlanıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB