Bonus vəsait klubların büdcəsinə köçürülüb

Bonus vəsait klubların büdcəsinə köçürülüb

UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş "Qarabağ" və "Qəbələ" klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb. SİA-nın AFFA-ya istinadən verdiyi məlumata görə, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdur.

Avropa futbol qurumu tərəfindən verilən vəsait – müvafiq olaraq, "Qarabağ" klubuna 376.952.00 avro, "Qəbələ" klubuna isə 376.814.00 avro – AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə