Qadın boksçumuz niyə Avropa çempionatına qatıla bilmədi?

Qadın boksçumuz niyə Avropa çempionatına qatıla bilmədi?

Bolqarıstanın Sofiya şəhərində keçiriləcək qadınlar arasında boks üzrə Avropa çempionatına (Noyabrın 14-də başlayacaq) yollanan milli komandamızın tərkibində dəyişiklik edilib. SİA-nın Sofiyada olan yığmamızın baş məşqçisi Elbrus Rzayevdən aldığı məlumata görə, 64 kq çəki dərəcəsində döyüşən Məryəm Cəbrayılova Avropa çempionatında çıxış edəcək yığmamızın heyətindən kənarda qalıb. Boksçumuz məşqlər zamanı

zədələndiyinə görə Bolqarıstana aparılmayıb. Həkimlər idmançımızın vəziyyətinin yaxşı olduğunu bildirirlər. O, Bakıda bərpa məşqləri keçəcək. 75 kq çəki dərəcəsində çıxış edən Şəhla Allahverdiyeva Məryəm Cəbrayılovanın əvəzinə 64 kq çəki dərəcəsində döyüşəcək. 75 kq-da isə mübarizə aparan boksçumuz olmayacaq.

Qeyd edək ki, milli komandamızın heyətində Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Şəhla Allahverdiyeva (64 kq), Yelena Vıstropova (69 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) yer alıb. Komandamızın baş məşqçisi Elbrus Rzayevdir.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə