“Qarabağ” çətin PAOK səfərində

“Qarabağ” çətin PAOK səfərində

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Qol.az-ın məlumatına görə, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. Ağdam klubu səfərdə PAOK-un qonağı olacaq.

Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) Qurban Qurbanovun komandası bunu Salonikidə də etməyə çalışacaq. "Qarabağ" heç-heçə sayəsində də qrupdakı vəziyətini yaxşılaşdıra bilər. Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər. Qrupun digər oyununda "Fiorentina" "Slovan"ı qəbul edəcək.

3 noyabr

Avropa Liqası, IV tur

J qrupu

00:05. PAOK (Yunanıstan) – "Qarabağ"
Baş hakim:
Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Saloniki. "Tumba" stadionu

00:05."Fiorentina" (İtaliya) – "Slovan" (Çexiya)

1.

Fiorentina

3

2

1

0

8:2

7

2.

PAOK

3

1

1

1

2:3

4

3.

Qarabağ

3

1

1

1

5:7

4

4.

Slovan

3

0

1

2

4:7

1

Bütün xəbərlər Facebook səhifəmizdə